Cüdo | İlia Sulamanidze hazırkı Olimpiya çempionunu məğlub etdi və yarımfinala vəsiqə qazandı #1TVSPORT
Cüdo | İlia Sulamanidze hazırkı Olimpiya çempionunu məğlub etdi və yarımfinala vəsiqə qazandı #1TVSPORT

 
Gürcüstanın cüdo yığmasının üzvü İlia Sulamanidze (100 kq) Paris Olimpiadasında uğurla çıxışını davam etdirir.

Yarışın 1/4 finalında İlia Sulamanidze hazırkı Olimpiya çempionu yaponiyalı Aaron Vulfu məğlub etdi və yarımfinala yüksəldi.

Gürcü cüdoçu Olimpiadanın final mərhələsinə vəsiqə uğrunda isveçrəli Daniel Aixslə qarşılaşacaq. Final bloku saat 18:00-da başlayacaq.

Xatırladaq ki, Paris Olimpiadasında beş gündən sonra Gürcüstanın cüdo yığmasının aktivində iki medal var. Laşa Bekauri (90 kq) Olimpiya çempionu oldu, Tato Qriqalaşvili (81 kq) isə gümüş medal qazandı.