Cozef Borrell - Rusiyanın hərbi cinayətləri cəzasız qalmayacaq, Ukraynaya dəstəyimiz davam edəcək
Cozef Borrell - Rusiyanın hərbi cinayətləri cəzasız qalmayacaq, Ukraynaya dəstəyimiz davam edəcək

 

Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borrell Rusiyanın hərbi cinayətlərinin cəzasız qalmayacağını bildirib.

Bu barədə Borrell şəxsi “Twitter” səhifəsində yazır.

İspan diplomat Rusiyanın Ukraynaya son raket hücumlarını mənasız adlandırıb.

“Rusiyanın Ukraynaya növbəti mənasız və kütləvi raket hücumu, heç bir fərq qoymadan infrastrukturu və tibb müəssisələrini dağıdır, hədəfləri qəsdən seçir və dinc insanları qətlə yetirir. Rusiyanın hərbi cinayətləri cəzasız qalmayacaq. Ukraynaya dəstəyimiz zəifləmədən davam edəcək” -deyə Borrell yazır.

Xatırladaq ki, Rusiya dekabrın 29-da Ukraynaya növbəti raket zərbəsi endirib.