Cozef Borrell – qış gəlir və Putin “General Qış”ın gəlib rus ordusuna kömək etməsini gözləyir

22:50, 03.11.2022

 

Qış gəlir və Putin “General Qış”ın gəlib rus ordusuna kömək etməsini gözləyir-bu barədə Aİ-nin ali nümayəndəsi Cozef Borrel Almaniyada keçirilən G7 xarici işlər nazirlərinin toplantısının ilk günündən sonra açıqlayıb.

O bildirib ki, G7 görüşü “sülhdən çox müharibədən danışdığımız” vaxt keçirilir.

Borrell Putinin Ukraynada döyüş meydanında qalib gələ bilmədiyini, bu səbəbdən ölkəni məhv etməyə çalışdığını açıqlayıb.

“Onlar bombalayır, mülki infrastrukturu məhv edirlər. Milyonlarla ukraynalının artıq elektrik enerjisinə çıxışı yoxdur və Putin qışda ölkənin qaranlığa qərq olmasını istəyir. Bu, müharibə cinayətidir”- deyə Borrell bildirib.

Avropa İttifaqının ali nümayəndəsi bildirib ki, Qərb Ukraynaya hərbi, maliyyə və iqtisadi cəhətdən dəstəyini davam etdirməlidir. O, Rusiya iqtisadiyyatına qarşı sanksiyaların da davam etdirilməsinin zəruri olduğunu bildirib.

“Qış gəlir və Putin “General Qış”ın gəlib rus ordusuna kömək etməsini gözləyir. İndi biz həmişəkindən daha çox Ukraynanı və Ukrayna xalqını dəstəkləməliyik. Onlar döyüşürlər, öz ölkələrini müdafiə edirlər və onları dəstəkləməyə mənəvi borcumuz var” – deyə Borrell bildirib.

Oxşar