Cozef Borrell - 2022-ci ilin enerji böhranı Aİ-Rusiya münasibətlərində dönüş nöqtəsi oldu, Putinin mərci özünü doğrultmadı
Cozef Borrell - 2022-ci ilin enerji böhranı Aİ-Rusiya münasibətlərində dönüş nöqtəsi oldu, Putinin mərci özünü doğrultmadı

 

 

2022-ci ilin enerji böhranı Aİ-Rusiya münasibətlərində dönüş nöqtəsi oldu, Putinin mərci özünü doğrultmadı-bu barədə Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin rəhbəri Cozef Borrell açıqlayıb.

Avropa İttifaqının ali nümayəndəsi şəxsi “bloqunda” yazır ki, Vladimir Putinin proqnozuna görə, Avropa İttifaqının Rusiyanın mədən enerji resurslarından, xüsusən də qazın idxalından böyük asılılığı Avropa İttifaqının parçalanmasına imkan verəcəkdi.

Borrell bildirib ki, Rusiya mövcud uzunmüddətli müqavilələrlə qaz tədarükünü məhdudlaşdırmaqla hələ 2021-ci ildən Avropa İttifaqını şantaj etməyə başlayıb və 2022-ci il fevralın 24-dən sonra isə şantaj daha da güclənib və bu, Avropa İttifaqı üçün olduqca böyük problemlər yaradıb.

“Almaniyanın nə qədər tez reaksiya verdiyini qeyd etmək xüsusilə maraqlıdır. Rus qazının idxalı 2022-ci ilin əvvəlində ümumi həcmin 55 faizindən sıfıra endirilib. Neft idxalı – 40 faizdən sıfıra qədər. Bu, Avropa İttifaqı ilə Rusiya arasında daha çox enerji məsələsindən asılı olan münasibətlərdə dönüş nöqtəsidir”-deyə Borrell yazır.

Aİ-nin XİN rəhbəri bildirib ki, 2023-cü ildə Rusiyanın Ukraynaya qarşı aqressiv müharibəsi, enerji, iqlim böhranı və onların iqtisadi və sosial nəticələri Aİ və dünya üçün əsas məsələlər olaraq qalacaq.

“Aİ Ukraynanı dəstəkləməyə və iqtisadiyyatın karbonsuzlaşdırılmasını sürətləndirərək Rusiyanın enerjidən silah kimi istifadəsinə müqavimət göstərməyə davam edəcək. Bu, həmçinin qlobal enerji bazarlarını sabitləşdirmək və ən həssas ölkələrə bu yeni geosiyasi mühitin nəticələri qarşısında kömək etmək üçün tərəfdaşlarımızla işləməyi tələb edir”-deyə Cozef Borrell yazır.