Corciya ştatında “Helen” qasırğası nəticəsində ölənlərin sayı 11-ə yüksəlib
Corciya ştatında “Helen” qasırğası nəticəsində ölənlərin sayı 11-ə yüksəlib. Bu barədə ştatın qubernatoru Brayan Kemp məlumat yayır.
Qubernatorun məlumatına əsasən, təbii fəlakət nəticəsində onlarla evə ziyan dəyib, 150-dən çox avtomobil yolu bağlanıb. Brayan Kemp fırtınanın nəticələrinin aradan qaldırılmasına min hərbçinin cəlb edilməsisərəncamını verdi.
“Helen” qasırğası digər ştatlarda da insan tələfatına səbəb olub. Xüsusilə də Şimali Karolinada iki nəfər həlak olub. Təbii fəlakət nəticəsində Floridada da 2 nəfər həlak olub.
ABŞ-ın Qasırğaların Milli Monitorinq Mərkəzinin məlumatına görə, “Helen”in gücü 4-cü kateqoriya qasırğasından tropik fırtınaya gədər azaldılıb. Təbii fəlakətin zəifləməsinə baxmayaraq, agentlikdə vəziyyətin hələ də “qorxulu və həyati təhlükəsi olduğunu” bildirirlər.