Corcia Meloni Səudiyyə Ərəbistanına səfər edib, burada o Fars körfəzi ölkələrinin nümayəndələri ilə görüşlər keçirəcək
İtaliyanın Baş naziri Corcia Meloni Fars körfəzi ölkələrinə səfəri çərçivəsində Səudiyyə Ərəbistanının Ciddə şəhərinə gəlib.
İtaliya Baş naziri administrasiyasının məlumatına görə, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələri ilə görüşlər planlaşdırılıb.
Səfərin məqsədi qeyd olunan ölkələrlə münasibətləri dərinləşdirmək və İranın davam edən hücumları fonunda İtaliyanın dəstəyini təsdiqləməkdir.
Bundan əlavə, İtaliya baş naziri administrasiyasının izah etdiyi kimi, səfər həmçinin enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir.
“Fars Körfəzi ölkələri İtaliya üçün mühüm neft və təbii qaz mənbəyidir və qlobal enerji qiymətlərinin müəyyən edilməsində mühüm rol oynayır”, – İtaliya Baş naziri administrasiyasının nümayəndəsi qeyd edir.