Corcia Meloni -İnanıram ki, Donald Tramp Ukraynada sülhün bərqərar olmasına töhfə verə biləcək və o zaman, nəhayət, onu Nobel Sülh Mükafatına namizəd kimi irəli sürə biləcəyik
İtaliyanın Baş naziri Corcia Meloni ümid edir ki, Ukraynada sülhün bərqərar olunmasına verdiyi töhfəyə görə Donald Trampı Nobel Sülh Mükafatına namizəd kimi göstərə biləcəklər. Bu barədə Meloni Almaniya kansleri Fridrix Mertslə görüşü zamanı bildirib.
“Ümid edirəm ki, biz bunu ona verə biləcəyik. İnanıram ki, o, Ukraynada ədalətli və uzunmüddətli sülhün təmin olunmasına da öz töhfəsini verə biləcək. O zaman biz, nəhayət, Donald Trampı Nobel Sülh Mükafatına namizəd kimi irəli sürə biləcəyik”, – Meloni bildirib.