Corcia Meloni - Fələstin dövlətinin vaxtından əvvəl tanınması əks-məhsuldar nəticə verə bilər
İtaliyanın baş naziri Corcia Meloninin bildirdiyinə görə, Fələstin dövlətinin vaxtından əvvəl tanınması əks-məhsuldar nəticə verə bilər.
Onun dediyinə görə, Fələstin dövlətinin faktiki mövcudluğu olmadan Fələstin dövlətinin tanınması bu məqsədə çatmaq üçün əks nəticə verə bilər.
“Hesab edirəm ki, Fələstin dövlətinin faktiki mövcudluğu olmadan Fələstin dövlətinin tanınması bu məqsədə çatmaq üçün əks nəticə verə bilər. Hər hansı bir şey, xüsusilə Fələstin dövləti mövcud olmadıqda və o, yalnız kağız üzərində tanındıqda, əslində belə olmadığı halda məsələnin həll olunmuş kimi görünməsi riski yaranır”, – Corcia Meloni bildirib.