Corc Sorosun "Açıq ictimaiyyət" fondu Macarıstanı tərk edir
Corc Sorosun "Açıq ictimaiyyət" fondu Macarıstanı tərk edir

Amerikalı milyarder, Corc Sorosun fondu Macarıstanı tərk edir. “Açıq ictimaiyyət” fondunda bəyan edirlər ki, ofis bağlanacaq.

“Ofisin bağlanması qərarını ona görə qəbul etdik ki, Macarıstan hökuməti QHT-lərə qarşı qanunvericilik zərfi ilə əlavə məhdudiyyətlərin tədbiq olunmasını planlaşdırır. Onlar zərfi “Sorosu dayandır” adlandırdılar”, – fondda bəyan etdilər.

Ofisin əməkdaşları Berlinə keçəcəklər.

Macarıstan hökuməti aparatının rəhbəri Yanoş Lazar bəyan etdi ki, bəzi QHT, Soros fondunun yardımı ilə, qeyri leqal miqrasiyanın yayılmasına imkanlar yaradır.

Macarıstan Dİ naziri, Şandor Pinter hesab edir ki, bənzər təşkilatlar qeydiyyatdan keçməlidirlər, xaricdən qəbul olunan gəlirin 25 faizi isə, büdcəyə daxil olmalıdır.

Hökumət “Sorosu dayandır” adlı qanunvericilik zərfini parlamentə iyunda təqdim edəcək.