Con Makkeyni bu gün Anapolisdə, hərbi-dəniz akademiyasının ərazisində dəfn edəcəklər
Con Makkeyni bu gün Anapolisdə, hərbi-dəniz akademiyasının ərazisində dəfn edəcəklər

Amerikalı senator Con Makkeyni bu gün Merilend ştatının Anapolis şəhərində, onun 1958-ci ildə bitirdiyi hərbi-dəniz akademiyasının ərazisində dəfn edəcəklər. Makkeyn, onun ən yaxın dostu, admiral Çak Larsonun məzarı yanında dəfn ediləcək. Con Makkeynin ailə üzvlərinin xahişi ilə, dəfn mərasimi ictimaiyyət və media üçün qapalı olacaq.

Vaşinqton Kafedral Məbədində dünən Con Makkeynə həsr olunmuş vida tədbiri keçirilib. Tədbirdə bütün dünyadan siyasətçilər, diplomatlar, müxtəlif sahə xadimləri, dini şəxslər iştirak edirdilər.

Nitqlə çıxış edənlər arasında ABŞ-ın keçmiş prezidenti Barak Obama və Corc Buş (oğul) var idi. Amerika mətbuatının məlumatına görə, bu məhz elə Makkeynin özünün istəyi idi.

Bununla yanaşı Makkeynin son istəyinə əsasən, dəfn mərasimində Donald Tramp iştirak etmir.

Vaşinqton Kafedral Məbədində “Gürcü Arzusunun” liderlərindən biri, Tamar Çuqoşvili və “Avropa Gürcüstanının” prezidentliyə namizədi David Bakradze iştirak edirdilər.

Amerikalı Senator Con Makkeyn 81 yaşında vəfat etdi. Medianın məlumatına görə, Makkeyn Arizonada öz evində vəfat etdi. Avqustun 24-də məlumat yayıldı ki, Makkeyn xüsusi müalicəyə yox dedi.