Con Kirbi - ABŞ İsrailin Qəzzada keçirdiyi hərbi əməliyyatlara yaşıl işıq yandırmır
Con Kirbi - ABŞ İsrailin Qəzzada keçirdiyi hərbi əməliyyatlara yaşıl işıq yandırmır

Ağ Evin Milli Təhlükəsizlik sözçüsü Con Kirbi ABŞ-ın İsrailin Əl-Şifa xəstəxanası ətrafında hərbi əməliyyat keçirməsinə razı olmadığını bildirib.

Brifinqdə danışan Kirbi deyib ki, bu, digər hərbi əməliyyatlar kimidir – ABŞ İsrailin Qəzzada keçirdiyi hərbi əməliyyatlara “yaşıl işıq yandırmır”.

Kirbinin sözlərinə görə, bunlar İsrailin müəyyən edilmiş prosedurlara uyğun həyata keçirdiyi planlar olub və ABŞ-ın konkret hərbi əməliyyatlara başlamazdan əvvəl İsrail tərəfindən məlumatlandırılmasını gözləmir.

Kirbi ABŞ Prezidenti Co Baydenlə İsrailin Baş naziri Benyamin Netanyahu arasında söhbətin təfərrüatlarını ictimailəşdirməkdən imtina edib, lakin qeyd edib ki, Əl-Şifada hərbi əməliyyatdan bəhs edilməyib.