Co Vilson Gürcüstanla bağlı növbəti müraciət yayır
Co Vilson Gürcüstanla bağlı növbəti müraciət yayır

Amerikalı konqresmen Co Vilson “Gürcüstanın Beynəlxalq Dostları” adından müraciət yayır.

Amerikalı konqresmenin dediyinə görə, amerikalı və avropalı qanunvericilər, sabiq vəzifəli şəxslər azad və demokratik hökumətləri Gürcüstanda azad və ədalətli seçkilərin keçirilməsini tələb etməyə və İvanişvilinin qanunsuz rejimini rədd etməyə çağırırlar.

İmzalayanlar azad və demokratik hökumətləri onlar lazımi monitorinqlə keçirilmiş seçkilərə razılıq verənə qədər, qanunsuz adlandırdıqları rejimlə görüşlər keçirməməyə çağırırlar.

Onlar demokratik hökumətləri onların dediyinə görə, Gürcüstanın demokratiyasına və suverenliyinə xələl gətirən İvanişvili rejiminə, “Gürcü Arzusu”nun üzvləri və təbliğatçılarına vahid sanksiyalar tətbiq etməyə çağırırlar.

“İvanişvilinin “Gürcü Arzusu” partiyası müxalifətin və beynəlxalq müşahidəçilərin son seçkilərlə bağlı qanuni narahatlıqlarına məhəl qoymamağı seçdi, birpartiyalı qanunverici orqan qurdu və birtərəfli qaydada yeni prezident seçdi. Onlar gecə aksiyalarında yüz minlərlə nümayişçiyə qəddarca cavab veriblər. Gürcüstan əhalisi azad və ədalətli seçkilərin keçirilməsini tələb edir və biz onların yanında olmalıyıq”, – müraciətdə qeyd olunub.

Konqresmen Co Vilsonun müraciətini 43 nəfər imzalayır.