Co Bayden və Si Dzinpin noyabrın 16-da Peruda görüş keçirəcəklər
Noyabrın 16-da ABŞ prezidenti Co Bayden və Çin prezidenti Si Dzinpin Peruda görüş keçirəcəklər, – bu barədə “Reuters” ABŞ-ın rəsmi şəxslərinə istinadən məlumat yayır.
Medianın məlumatına görə, bu, ehtimal ki, Baydenin prezident vəzifəsində çinli həmkarı ilə son görüşü olacaq.
Rəsmi şəxslərin bildirdiyinə görə, liderlər Peruda keçirilməsi planlaşdırılan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Forumu çərçivəsində görüşəcəklər.
Onların dediyinə görə, iki liderin qlobal məsələlər, o cümlədən Vaşinqton və Pekin münasibətləri üzrə danışıqlar aparacağı gözlənilir.