Co Bayden – Rusiya müharibədə qalib gələ bilməyəcək, hərçənd Putinlə danışası olacağıq
Rusiya müharibədə qalib gələ bilməyəcək, hərçənd Putinlə danışası olacağıq-bu barədə ABŞ Prezidenti Co Bayden Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə Vaşinqtonda keçirilmiş mətbuat konfransında açıqlayıb.
O, ABŞ-ın Ukraynanı döyüş meydanında uğur qazanması üçün dəstəkləməyə davam edəcəyini bildirib.
“Əgər Putinin ümumiyyətlə ləyaqəti olsaydı və sadəcə olaraq-hərbçiləri çıxarın desəydi, müharibə elə bu gündən başa çata bilərdi, lakin bu indi həqiqətən baş verməyəcək. Bu səbəbdən bizim, avropalı müttəfiqlərimizin və digərlərinin köməyi ilə Ukraynanın döyüş meydanında uğur qazanması üçün dəstəyimizi davam etdirəcəyik.
Bir neçə gün əvvəl Putin özü də etiraf etdi ki, Ukraynada müharibə onun təsəvvür etdiyindən də çətindir. O, NATO-nu yıxa biləcəyini düşünürdü. O, rusca danışan ukraynalıların onu alqışlayacağını və qəbul edəcəyini düşünürdü. O, səhv etdi və hələ də səhv edir. Və Putinə bu müharibədə qalib gələ bilməyəcəyi məlum olduqda, məhz Prezident Zelenski bu müharibəni necə bitirmək istədiyinə o zaman qərar verə biləcək” – deyə Bayden açıqlayıb.
Bununla yanaşı Bayden bildirib ki, beynəlxalq siyasətdə üzbəüz görüşləri heç nə əvəz edə bilməz.
“Bütün siyasət -şəxsidir, bu, bir yerdə oturub və bir-birinin gözünün içinə baxmaqdır. İstər dost, istərsə də rəqib olsun, bunu dəyişə bilməzsiniz”- deyə Bayden açıqlayıb.
Bu kontekstdə ABŞ Prezidenti, Zelenski ilə üzbəüz görüşündə Ukrayna Prezidentinin ölkəsi üçün özünü qurban verə biləcəyinə əmin olduğunu qeyd edib.
“Ukrayna Prezidentinin uğur qazanması üçün hər şeyi edəcəyik” -deyə Bayden açıqlayıb.