Federal vətəndaş hüquqlarının pozulmasında ittiham olunan keçmiş "CNN" aparıcısı Don Lemon həbsdən azadlığa buraxılıb
Federal vətəndaş hüquqlarının pozulmasında ittiham olunan keçmiş “CNN” aparıcısı Don Lemon həbsdən azadlığa buraxılıb. Bu barədə məlumatı „Sky News“ yayır.
Medianın məlumatına görə, Lemona qarşı irəli sürülən ittihamlar cinayətkar sui-qəsd və hüquqların pozulmasını əhatə edir. Eyni ittihamlar aksiyada iştirak edən altı nəfərə, o cümlədən başqa bir jurnalistə də irəli sürülüb.
„Mən susmayacağam“, – Don Lemon məhkəmədən çıxdıqdan sonra jurnalistlərlə söhbəti zamanı bildirib.
Məlumat üçün bildirək ki, keçmiş aparıcı Don Lemon Minnesota ştatındakı bir kilsəyə girib immiqrasiya tədbirləri ilə bağlı aksiya iştirakçılarının etirazını lentə almasından sonra həbs edilib. Etiraz nəticəsində ayin pozulub. Fəallar kilsə ilə əlaqəli olan pastorlardan birinin İmmiqrasiya və Gömrük Nəzarəti Xidmətində rəhbər vəzifədə işlədiyini bildirirlər. Aksiyayı birbaşa yayımlayan Lemon etirazları müxbir statusu ilə işıqlandırdığını iddia edir.