“CNN”in sorğusuna əsasən, Donald Tramp reytinqdə Co Baydeni qabaqlayır
“CNN”in sorğusuna əsasən, Donald Tramp reytinqdə Co Baydeni qabaqlayır

“CNN”in apardığı yeni araşdırmaya görə, ABŞ-ın keçmiş prezidenti Donald Tramp reytinqdə hazırkı prezident Co Baydeni qabaqlayır.

Sorğunun nəticələrinə görə, respondentlərin yalnız 28%-i ABŞ-da işlərin yaxşı getdiyinə inanır. Qeydiyyatdan keçmiş seçicilər arasında aparılan sorğuya görə, Trampın reytinqi 49%-ə, Baydeninki isə 45%-ə çatır. Qeyd edək ki, avqust ayı ilə müqayisədə Trampın üstünlüyü artıb.

Co Baydenin prezident kimi vəzifələrini yerinə yetirmək üçün dözümlü və fərasətli olub-olmadığını soruşduqda, yalnız 25 faiz müsbət cavab verdi. Tramp bu kateqoriyada daha yaxşı nəticə göstərib – 53 faiz. Eyni sorğuya görə, yaşı 35-dən aşağı olan seçicilər arasında 48% Donald Trampı, 47% isə Co Baydeni dəstəkləyir.

Məlumat üçün bildirək ki, “New York Times”ın apardığı araşdırmaya görə, ABŞ-ın hazırkı prezidenti Co Bayden hazırda altı dəyişkən ştatından beşində əsas rəqibini qabaqlayır.