CNN - İstanbulda Səduyyə Ərabistanı Konsulluğunu Xaşoqinin əvəzinə, ona bənzər isan tərk etdi (foto/video)

İstanbulda Səduyyə Ərabistanı Konsulluğunu Xaşoqinin əvəzinə, ona bənzər isan tərk etdi. Bunun sübutu kameralarda qeydə alınan kadrlardır. Türkiyə hakimiyyəti tərəfindən əldə olunmuş materialı CNN teleşirkəti yayır.

Materialın öyrənilməsindən sonra aydınlaşdırıldı ki, Xaqoqinin getməsinə qədər iki saat əvvəl, Konsulluğa Mustafa Al-Madan getdi. O, Səduyyə Ərabistanından Türkiyəyə xüsusi reys ilə, Xaşoqinin qətli günü gedən 15 nəfərdən biridir.

Saat 1:14-də binaya Xaşoqinin özü girdi.

saat 2:52-də kameralar Xaşoqinin paltarını geymiş Mustafa Al-Madanı qeydə alır. Fərq yalnız ayaqqabıdadır.

Rəsmi Ər-Riyadın açıqlamasına görə, Camal Xaşoqu Konsulluqda baş verən dalaş zamanı qətlə yetirdilər. Yayılan məlumata görə, bu vaxta qədər 18 nəfər yaxalanıb. Dalaş versiyasına Türkiyədə inanmırlar. Ankarada sübut edirlər ki, Xaşoqini xüsusi təyinatlı dəstənin 15 üzvü öldürdü.