"CNN" - İran tərəfindən həyata keçirilən zərbələr Yaxın Şərqdə ABŞ-ın hərbi bazalarının əksəriyyətinə ziyan vurub
İran tərəfindən həyata keçirilən zərbələr Yaxın Şərqdə ABŞ-ın hərbi bazalarının əksəriyyətinə ziyan vurub, – bu barədə “CNN” məlumat yayır.
“CNN”in məlumatına görə, İranın cavab zərbələri Yaxın Şərqdəki ən azı 16 ABŞ hərbi bazasına zərər vurub. Medianın yazdığına görə, İtirilmiş bazaların bərpası xərcləri də nəzərə alınmaqla, ABŞ-ın müharibə üçün çəkdiyi xərclər Pentaqon tərəfindən açıqlanan xərclərdən təxminən iki dəfə çoxdur.
Küveytdə yerləşən “Kemp Bühring” əsas bazası ciddi şəkildə zədələnib. “CNN”in məlumatına görə, İranın həyata keçirdiyi zərbə dalğası nəticəsində infrastrukturda genişmiqyaslı dağıntılar baş verdiyi üçün baza hazırda “demək olar ki, boşdur”. Digər məsələlərlə yanaşı, avadanlığın bir neçə ən bahalı hissəsi də məhv edilib – böyük hərbi təyyarələr, bahalı peyk rabitə avadanlığı və hava hücumundan müdafiə əməliyyatları üçün zəruri olan radar sistemləri. Anonim mənbələrdən biri qeyd edib ki, radarlar regionda ABŞ qüvvələrinin “ən bahalı və məhdud resurslarından biridir”.
Yayılan məlumata görə, ABŞ hədəflərinə yüksək dəqiqlikli və təsirli zərbələrin səbəblərindən biri, ehtimal ki, 2024-cü ildə İranın gizli şəkildə əldə etdiyi və yüksək keyfiyyətli görüntülər ötürən Çin peykidir.