"CNN" - Avropa Tramp və Zelenskinin görüşünün gözlənilməz nəticəsindən narahatdır
Avropalı yüksək səviyyəli rəsmi şəxslər jurnalistlərlə söhbətində ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski arasında keçirilən görüşün proqnozlaşdırılmayan nəticələri ilə bağlı narahatlıqlarını bildiriblər. Bu barədə “CNN” telekanalı yazır.
Məlum olduğu kimi, Tramp və Zelenski dekabrın 28-də Floridada görüşəcəklər.
“Trampın vəziyyətində təhlükəsiz variantlar mövcud deyil”, – NATO-nun yüksək rütbəli rəsmi şəxsi “CNN” ilə söhbətində bildirib.
ABŞ və Ukrayna prezidentlərinin görüşünün məhsuldar olacağı fikrində olan amerikalı yüksək rütbəli rəsmi şəxslər də “CNN”ə şərh ediblər.
Floridada planlaşdırılan görüşdə Avropa liderlərinin iştirak etməyəcəyi məlumdur. Hərçənd, Avropa liderləri Donald Tramp və Zelenski arasında telefon danışığı planlaşdırılır.
Amerika mediasının məlumatına görə, dekabrın 28-də planlaşdırılan görüşdə ABŞ və Ukrayna liderləri müharibənin dayandırılması çərçivəsini müzakirə edəcəklər. Bununla yanaşı, Tramp yaxın zamanda Rusiya prezidenti Vladimir Putinlə telefonla danışacağını bildirib.