"CNN" - Asiyaya planlaşdırılan səfər çərçivəsində Donald Trampın Kim Çen İnlə görüşü baş tuta bilər
ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen İnlə görüş keçirə bilər.
“CNN”in mənbəyə istinadən verdiyi məlumata görə, görüş Asiyada, Donald Trampın planlaşdırılan səfəri çərçivəsində baş tuta bilər, belə bir ehtimalı Tramp administrasiyasının əməkdaşları müzakirə edir.
“CNN”ə mənbənin verdiyi məlumata görə, hazırkı mərhələdə görüşə hazırlıq işləri başlanmayıb və Pxenyanla da birbaşa əlaqə qurulmayıb.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Kim Çen İnlə görüşmək istədiyini açıq şəkildə bildirmişdi.