CNN - ABŞ Qara Dənizə gəmilər göndərməyə hazırlaşır
CNN - ABŞ Qara Dənizə gəmilər göndərməyə hazırlaşır

CNN teleşirkətinin yaydığı məlumata görə, ABŞ Qara Dənizə gəmilər göndərməyə hazırlaşır.

Bu barədə məlumatı jurnalistlərə üç müvafiq rəsmi şəxs verib.

Onların dediyinə görə, gəmilərin Qara Dəniz akvatoriyasına daxil olması Kerçi körfəzində yaranan gərginliklə əlagəlidir.

Kanalın dediyinə görə, ABŞ Dövlət departamenti Türkiyə iqtidarına müvafiq xəbər göndərib.

Xatırladaq ki, Monre Konvensiyasına əsasən, ABŞ Qara Dənizə gəmilərin daxil olması ilə bağlı xəbəri Ankaraya, gəmiləri göndərmədən 15 gün öncə xəbər verməlidir.

 

Dövlət Departamentində və ABŞ-ın Avropada yerləşən 6-cı flotunda Qara Dənizə gəmilərin göndərilməsi ilə bağlı məlumatı hələlik təsdiqləmirlər.