Corcia Meloni Kiprdə planlaşdırılan turunu ləğv edərək bir gün əvvəl avtomobilin kütləyə çırpıldığı Modena şəhərinə yollanıb
Corcia Meloni Kiprdə planlaşdırılan turunu ləğv edərək bir gün əvvəl avtomobilin kütləyə çırpıldığı Modena şəhərinə yollanıb

İtaliyanın Baş naziri Corcia Meloni Kiprdə planlaşdırılan turunu ləğv edərək bir gün əvvəl avtomobilin kütləyə çırpıldığı və piyadaların xəsarət aldığı Modena şəhərinə yollanıb.

Hadisə nəticəsində səkkiz nəfər yaralanıb, onlardan dördünün vəziyyəti ağırdır. İki nəfərin əzaları amputasiya olunub, bir pasiyentin həyatını xilas etmək üçün isə həkimlər hələ də mübarizə aparırlar.

Avtomobil sürücüsü İtaliyada doğulmuş, Şimali Afrika mənşəli, 30 yaşadək bir kişidir. O, hadisə yerindən qaçmağa çalışarkən onu saxlamaq istəyən üç yoldan keçəni bıçaqla yaralayıb. Daha sonra o, polis tərəfindən həbs edilib. Hücumun motivi hələlik məlum deyil. Şübhəlinin 2022-ci ildə psixoloji problemlərə görə müalicə aldığı məlum olub.

Məlum olduğu kimi, Prezident Sercio Mattarella da Modena şəhərinə getməyi planlaşdırır.