Jinvali-Barisaxo-Şatili yolunun 96-cı km-də avtonəqliyyatın hərəkəti müvəqqəti olaraq qadağandır
Gürcüstan İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, daxili dövlət əhəmiyyətli Jinvali-Barisaxro-Şatili avtomobil yolunun 96-cı kilometrində (Qiorqitsminda kəndindən sonra) nəqliyyatın hərəkəti müvəqqəti olaraq qadağan edilib.
Departamentin məlumatına görə, nəqliyyatın hərəkəti güclü yağıntı nəticəsində torpaq kütləsinin aşmasına görə qadağan edilib.
Qurumda bildirdiklərinə görə, müvafiq tədbirlər görülənə qədər hər növ avtonəqliyyat vasitəsinin hərəkəti qadağan olunacaq.