Jinvali-Barisaxo-Şatili yolunda, Tvalivi kəndi yaxınlığında avtonəqliyyatın hərəkəti bərpa edilib
Jinvali-Barisaxo-Şatili yolunda, Tvalivi kəndi yaxınlığında avtonəqliyyatın hərəkəti bərpa edilib.
Bu barədə Gürcüstan İnfrastruktur Nazirliyinin Yollar Departamenti məlumat yayır.
“Daxili dövlət əhəmiyyətli Jinvali–Barisaxo–Şatili avtomobil yolunun 22-ci kilometrində (Tvalivi kəndi) avtonəqliyyatın hərəkəti bərpa edilib”, – məlumatda deyilib.
Jinvali–Barisaxo–Şatili yolunda, Tvalivi kəndi yaxınlığında dərənin daşması səbəbindən hərəkət dünən məhdudlaşdırıldı.