Çinin şərq sahilində tayfun səbəbindən bir milyondan çox insan təxliyə edilib
“Delfin” tayfunu Çinin şərq sahilinə zərbə vurub, təbii fəlakət səbəbindən bir milyondan çox insanın təxliyə edilməsi lazım gəlib. Medianın məlumatına görə, güclü külək və güclü yağıntılar ölkənin bir çox bölgəsində daşqınlara və torpaq sürüşmələrinə səbəb olub. Hazırda küləyin sürəti saatda 151 kilometri ötür.
Sinoptiklərin proqnozuna görə, güclü yağışların Jecianq (Zhejiang), Şanxay, Şimali Fucian (Fujian), Şimal-Şərqi Tsianqsi (Jiangxi), Mərkəzi və Cənubi Anxoy (Anhui) və Tsianqsunun (Jiangsu) böyük hissəsində avqustun 10-dək davam edəcəyi gözlənilir.
Təbii fəlakət səbəbindən Şanxayda təxminən 1 500 aviareys ləğv edilib.
“Reuters”in məlumatına görə, “Delfin” artıq Yaponiyanın cənubundakı Okinava prefekturasını vurub, nəticədə altı nəfər xəsarət alıb və 50 000-dən çox binaya elektrik enerjisi verilmir.