Çinin xarici işlər naziri - hərbi ittifaqların mənasız şəkildə genişlənməsinə və digər ölkələrin təhlükəsizlik məkanının daralmasına qarşıyıq
Çinin xarici işlər naziri - hərbi ittifaqların mənasız şəkildə genişlənməsinə və digər ölkələrin təhlükəsizlik məkanının daralmasına qarşıyıq

Biz hərbi ittifaqların mənasız şəkildə genişlənməsinə və digər ölkələrin təhlükəsizlik məkanının daralmasına qarşıyıq- deyə Çinin xarici işlər naziri Vanq Yi açıqlayıb.

Çin Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, ümumbəşəri təhlükəsizliyə əlverişli mühitin yaradılmasının açarı ümumi, hərtərəfli, əməkdaşlıq və davamlı təhlükəsizlik konsepsiyasını müdafiə etməkdir.

“Biz ölkələr arasında fikir ayrılıqlarını və mübahisələri dialoq və məsləhətləşmələr yolu ilə həll etməkdə və bir-birimizin qanuni təhlükəsizlik narahatlıqlarını nəzərə almaqda israr edirik. Qloballaşmanı düzgün istiqamətə yönəltmək, təchizat zəncirlərinin kəsilməsinə müqavimət göstərmək, kiçik həyətlər və hündür hasarlar tikmək, proteksionizm və birtərəfli sanksiyalara müqavimət göstərmək, ədalətli, ağlabatan və şəffaf beynəlxalq iqtisadi və ticarət bölgüsü qurulmasını təşviq etmək bizim üçün həlledici əhəmiyyət kəsb edir” – Çinin xarici işlər naziri bildirib.