Çində kovid məhdudiyyətlərinə qarşı etiraz aksiyaları davam edir, aksiya iştirakçıları Si Dzinpinin istefasını tələb edirlər
Çində kovid məhdudiyyətlərinə qarşı etiraz aksiyaları keçirilib. Nümayişlər Pekində, Şanxayda və bir sıra iri şəhərlərdə keçirilib.
Etirazçılar “Daha çox test və qapanma istəmirik”, “Si Dzinpin, get” şüarları səsləndiriblər. Polis nümayişçilərin bir hissəsini saxlayıb və şöbəyə aparıb.
Çində “Covid-19”-a qarşı dırnaq arası Sıfır Siyasət tətbiq olunur, bu isə sərt məhdudiyyətlərin qoyulmasını nəzərdə tutur.
Buna baxmayaraq, ölkə miqyasında, son bir neçə gündə “Covid 19″a yoluxanların sayı rekord həddə çatıb.