Çində, karaoke barların birində baş verən yanğın nəticəsində 18 nəfər həlak oldu
Çində, karaoke barların birində baş verən yanğın nəticəsində 18 nəfər həlak oldu.
Hadisə Tsinyuan əyalətində baş verdi.
Yayılan məlumata görə, yanğın ehtimala görə, qəsdlə törədilib.
Polisin şübhə etdiyi şəxs 32 yaşlı Lu Çunludur, hansı ki, hadisə yerindən qaçıb, gizlənir.
Onun yerini aşkar edənə polis 31 min dollar təklif edir.
Polisin məlumatına görə, yanğın dünən gecə üç mərtəbəli binada baş verdi.
Polisin verdiyi məlumata görə, şübhəli şəxs bardan çıxış qapısını motosikletlə qapatdı.
Cinayətin səbəbi olaraq, şübhəli şəxsin, barın digər qonağı ilə münaqişəsi adlandırılır.
Yanğın 30 dəqiqədən sonra likvidasiya edildi.