Çində Gürcüstan Səfirliyi Gürcüstan vətəndaşlarını Uxan şəhərinə səfərdən tərəddüd etməyə çağırır
Çində Gürcüstan Səfirliyi Gürcüstan vətəndaşlarını Uxan şəhərinə səfərdən tərəddüd etməyə çağırır

Çin Xalq Respublikasında Gürcüstan Səfirliyi Gürcüstan vətəndaşlarını Uxan şəhərinə səfər etməkdən tərəddüd etməyə çağırır, – bu barədə məlumatı Səfirlik yayır.

Məhz elə Uxan şəhəri virusun yayılmasının episentridir.

“Çin Xalq Respublikasında yayılmış “koronavirus” ilə bağlı, Gürcüstan Səfirliyi Gürcüstan vətəndaşlarını Uxan (Wuhan) şəhərinə səfər etməkdən tərəddüd etməyə çağırır, çünki Uxan şəhəri infeksiyanın ocağını təşkil edir.

Bildirmək istəyirik ki, virusun yayılması riski ən “yüksək” səviyyə kimi dəyərləndirildi. Qeyd olunanlarla bağlı, Səfirlik Gürcüstan vətəndaşlarını Çin Xalq Respublikasına səfərləri zamanı maskalardan istifadə etmələrinə doğru çağırır”, – Səfirliyin bəyanatında deyilir.

Bununla yanaşı, Səfirliyin məlumatına görə, Çin Xalq Respublikasına səfərin qadağan olunması tədbiq edilməyib.

İdarə Səfirliyin qaynar xəttini yayır. Onun vasitəsi ilə lazım olduğu təqdirdə Gürcüstan vətəndaşları Çin Xalq Respublikasında Gürcüstan Səfirliyi ilə əlaqə saxlaya bilərlər: +86 13716877635.

Çində yayılmış koronavirusun yeni tipi nəticəsində həlak olanların sayı 17-ə qədər artdı. Bu vaxta qədər naməlum virusa yoluxanların sayı 440-dan artıqdır. Koronavirus hazırda Taylandda, Cənubi Koreyada, Honq Konqda və ABŞ-da qeydə alındı.

Şərh yaz