Çin Yaponiyanın səfirini Xarici İşlər Nazirliyinə çağırıb və öz vətəndaşlarına Yaponiyaya səyahət etməmələri barədə çağırış edib
Çin Yaponiyanın səfirini Xarici İşlər Nazirliyinə çağırıb və öz vətəndaşlarına Yaponiyaya səyahət etməmələri barədə çağırış edib

Çin Yaponiyanın səfirini Xarici İşlər Nazirliyinə çağırıb və öz vətəndaşlarına Yaponiyaya səyahət etməmələri barədə çağırış edib. Bu barədə məlumatı “BBC” yayır.

Medianın məlumatına görə, Çin və Yaponiya arasında gərginliyə Yaponiyanın baş naziri Sanae Takaiçinin bəyanatı səbəb olub.

Yaponiyanın parlamentində ötən cümə günü keçirilən iclasdan sonra, deputatlardan biri Takaiçiyə sual ünvanlayıb: Tayvanla bağlı hansı hallar Yaponiya üçün “mövcudluq təhlükəsi” hesab edilə bilər?

“Əgər Çin hərbi gəmilər göndərər və güc tətbiq edərsə, bu, mövcudluq üçün təhlükə yarada bilər,” – deyə Takaiçi cavab verdi.

“Mövcudluq təhlükəsi” Yaponiyanın 2015-ci il təhlükəsizlik qanununa uyğun olaraq hüquqi termindir və müttəfiqlərə qarşı silahlı hücumun Yaponiya üçün əsaslı təhlükə yaratdığı hallara aiddir. Belə bir vəziyyətdə Yaponiyanın özünümüdafiə qüvvələri təhlükəyə cavab olaraq aktivləşdirilə bilər.

Buna cavab olaraq Çinin Xarici İşlər Nazirliyi Yaponiyanın “odla oynadığını” bildirib.