Çin, Ukrayna və Tayvan məsələlərinin bir-biri ilə müqayisəsini ikili standart adlandırır
Çin Ukrayna və Tayvan məsələlərinin bir-biri ilə müqayisəsini ikili standart adlandırır. Bu barədə Sinqapurda Çin səfirliyi tərəfindən dərc olunan paylaşımda qeyd edilib.
Çin səfirliyi yazır ki, Tayvan məsələsinin Ukrayna məsələsi ilə müqayisəsi qəbuledilməzdir.
“Onlar təbiətcə fərqlənirlər və ümumiyyətlə müqayisə olunmazdır. Əgər kimsə ikili standartı ikili standartla pisləməyə çalışsa, əldə edəcəyimiz yeganə nəticə növbəti ikili standart olacaq,” – bəyanatda qeyd edilib.
Çinin səfirliyinin paylaşımında Emmanuel Makron birbaşa qeyd olunmur, lakin mətnlə birlikdə Fransa prezidentinin “Şanqri-La Dialoqu” təhlükəsizlik konfransında çıxış etdiyi foto əlavə olunub.
Məlumat üçün bildirək ki, “Şanqri-La Dialoqu” təhlükəsizlik konfransında çıxış edərkən Fransanın prezidenti Emanuel Makron bildirib ki, əgər Rusiyaya Ukraynanın hər hansı hissəsini azad şəkildə işğal etmək imkanı verilsə, ozaman “Tayvanda nə baş verə bilər?”