Çin hüdudlarından kənarda koronavirus ilə ölümün ilk halı qeydə alındı
Çin hüdudlarından kənarda koronavirus ilə ölümün ilk halı qeydə alındı

Filippində koronavirusla bir nəfər həlak oldu. Bu Çin hüdudlarından kənarda yeni növ virusla ölümün ilk halıdır. Məlumatı Dünya Səhiyyə Təşkilatı təsdiq etdi.

Həlak olan Çinli 44 yaşlı kişidir. O, Uxan şəhərindən Filippinə qadın dostu ilə birlikdə yanvarda qayıtdı. Qadında da koronavirus müəyyənləşdirildi.

Onların hər ikisi Manila xəstəxanasında müalicə olunurdu. Filippin hakimiyyəti həlak olanın cəsədini yaxın zamanda Çin Səfirliyinə təhvil verəcək.

Koronavirus ilə həlak olanların sayı 305-ə çatdı. Xəstəliyə yoluxanların sayı isə, 14 300-dür. Koronavirus dünyanın 25 ölkəsində qeydə alındı.