Çin XİN rəhbəri - İranın və Fars körfəzi regionunun digər ölkələrinin suverenliyinə hörmətlə yanaşılmalıdır, bu, heç vaxt baş verməməli olan bir müharibədir
Çin XİN rəhbəri - İranın və Fars körfəzi regionunun digər ölkələrinin suverenliyinə hörmətlə yanaşılmalıdır, bu, heç vaxt baş verməməli olan bir müharibədir

Bu, heç vaxt baş verməməli olan, heç kimə fayda verməyəcək bir müharibədir, – bu barədə Çinin xarici işlər naziri Vanq Yi bildirib.

O, Çinin həmişə sülh və əməkdaşlığa tərəfdar olduğunud deyib və bütün tərəflərin mümkün qədər tez danışıqlar masasına qayıtmalı olduğunu vurğulayıb.

“Yaxın Şərq ölkələrinin səmimi dostu və strateji tərəfdaşı olaraq, Çin qlobal təhlükəsizlik təşəbbüslərini həyata keçirmək, Yaxın Şərqdə nizamı bərpa etmək, xalqına sülh gətirmək və dünyada sülhü bərqərar etmək üçün onlarla birlikdə işləməyə hazırdır. Suverenlik mövcud beynəlxalq nizamın təməl daşıdır. İranın və Fars körfəzi bölgəsindəki digər ölkələrin suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünə hörmət edilməli və toxunulmaz olmalıdır”, – deyə Vanq Yi bildirib.

Bununla yanaşı, Çinin xarici işlər naziri ABŞ-Çin münasibətləri barədə də danışıb və qeyd edib ki, qlobal miqyasda zərərli səhvlərin qarşısını almaq üçün ABŞ-Çin dialoqu vacibdir.

“Əgər iki ölkə bir-biri ilə əməkdaşlıq etməsə və dialoq davam etməsə, bu, yalnız anlaşılmazlıqlara və yanlış qiymətləndirmələrə səbəb olacaq, bu da sonda qarşıdurmaya gətirib çıxaracaq və bütün dünyaya zərər verəcək”, – Vanq Yi bildirib.

Onun dediyinə görə, cari il Çin-ABŞ münasibətləri üçün vacib il ola bilər, çünki artıq yüksək səviyyəli görüşlər planlaşdırılıb. Vanq Yi qeyd edib ki, Pekin əməkdaşlığa hazırdır, lakin münasibətlərin yaxşılaşdırılması hər iki tərəfdən addımlar atmağı tələb edir.

“Çinin mövqeyi həmişə müsbət və açıqdır. Əsas olan ABŞ-ın da Çinlə eyni istiqamətdə işləməlisidir”, – deyə Vanq Yi bildirib.