Çin Xarici İşlər Nazirliyinin sözçüsü – Tayvanın müstəqilliyi və Tayvan boğazında sülh uyğun gəlmir
Chinese Foreign Ministry spokesperson Mao Ning gestures during a press conference at the Ministry of Foreign Affairs in Beijing, Wednesday, May 24, 2023. The Chinese government on Wednesday defended its ban on products from U.S. memory chipmaker Micron Technology Inc. in some computer systems after Washington expressed concern, adding to strains over technology and security. (AP Photo/Liu Zheng)
Tayvanın müstəqilliyi və Tayvan boğazında sülh uyğun gəlmir,- bu barədə Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin, bildirdi.
Çinin Xarici İşlər Nazirliyinin nümayəndəsinin söylədiyinə görə, Tayvanın müstəqillik qüvvələrinin təxribatları müqavimətlə qarşılanacaq.
“Əgər siz Tayvan boğazında sülh və sabitliklə maraqlısınızsa, etməli olduğunuz ilk şey Tayvanın müstəqilliyinə qarşı çıxmaqdır. Tayvan məsələsi xarici müdaxiləyə səbr etməyən Çinin daxili məsələsidir. Əgər amerikan tərəfi həqiqətən də Tayvan boğazında sülh və sabitlik və regional rifahın qayğısına qalırsa, o, bir Çinin prinsipinə və Çin-ABŞ-ın üç birgə bəyanatına əməl etməli və ABŞ liderlərinin Tayvanın müstəqilliyini dəstəkləməmək, Tayvanı silahlandırmaq və Tayvanın müstəqilliyi üçün separatçı qüvvələrə yanlış siqnallar göndərməkdən imtina etmək vədlərini ciddi şəkildə yerinə yetirməlidir,” – Mao Nin bildirib.