Cim O'Brayen "Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi" qanununa görə narahatlığını bildirir və ABŞ-ın həmişə insan haqlarını müdafiə etmək üçün səsini ucaldacağını bildirir
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Cim O`Brayen “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunun qəbuluna sosial şəbəkədə münasibət bildirib.
O`Brayenin bildirdiyinə görə, ABŞ insan haqlarının müdafiəsi üçün hər zaman səsini ucaldacaq.
“Qüvvəyə minən, imzalanan, azadlıqları məhdudlaşdıran və Gürcüstanı Avropadan ayrılmaq riski yaradan qanun məni narahat edir. ABŞ hər zaman hərkəs üçün insan haqları və azadlıqlarının müdafiəsi üçün səsini ucaldacaq”, – deyə O’Brayen sosial şəbəkədə yazır.