Cəzayirdə hərbi təyyarənin düşməsi nəticəsində ən az 200 insan həlak oldu

Cəzayirin Şimal hissəsində hərbi təyyarə düşdü.

İlkin məlumata görə, avia-qəza nəticəsində ən az 200 nəfər həlak oldu.

Yerli medyanın məlumatına görə, qəza Bufarik şəhərinin yaxınlığında baş verdi.

Avia-qəza haqqında məlumatı ilk olaraq, “Aş-Şark-Al-Ausat” qəzeti yaydı.

Baş verən qəza haqqında təfərrüatlar hələlik məlum deyil.