Ceyms Apaturay - Gürcüstanın NATO-ya beşinci maddəsiz üzv olması barəsinda müzakirə etməyimiz realistik deyil
Qafqaz və Mərkəzi Asiyada NATO-nun baş katibinin xüsusi nümayəndəsi, Ceyms Apaturay hesab edir ki, işğal olunmuş ərazilər, Gürcüstanın NATO-ya üzv olmaq üçün manea deyil, lakin çətinliyi təşkil edir.
Bu barədə Birinci Kanala ekslüziv olaraq müsahibəsində Ceyms Apaturay bəyan etdi.
Söhbət işğal olunmuş Abxaziya və Cənubi Osetiyada beşinci maddənin müvəqqəti işə salınmadan Gürcüstanın NATO-ya üzv olmasından gedir.
Apaturayın dediyinə görə, NATO-nun üzv ölkələri təşkilatın açıq qapı siyasətini dəstəkləyirlər.
“Bu maneədir deyə bilmərəm, lakin deyə bilərəm ki, bu çətinlikdir. Bu siyasi məsələdir. NATO-nun üzv ölkələri təşkilatın açıq qapı siyasətini dəstəkləyirlər”, – Apaturay bəyan etdi.
Bununla yanaşı, Apaturayın dediyinə görə, NATO-nun üzv ölkələri “Heriticfaundeynşin” tərəfindən təqdim məsələ üzrə müzakirə aparmayıblar.
Onun dediyinə görə, Gürcüstanın NATO-ya beşinci maddəsiz üzv olması barəsinda müzakirə etməyimiz realistik deyil.