Cey Di Vensi Yerevanda, Ermənistan Baş nazirinin iqamətgahının yaxınlığında aksiya ilə qarşılandı
Cey Di Vensi Yerevanda, Ermənistan Baş nazirinin iqamətgahının yaxınlığında aksiya ilə qarşılandı

ABŞ vitse-prezidenti Cey Di Vensi Yerevanda Ermənistan Baş nazirinin iqamətgahının qarşısında fəallar qarşılayıb. Ermənistan mediasının məlumatına görə, fəalların əksəriyyəti Dağlıq Qarabağda yaşayan və Azərbaycanın ərazidə nəzarəti bərpa etməsindən sonra Ermənistana köçən insanlardır.

“Erməni girovlarına azadlıq!” – fəallar bu şüarları səsləndiriblər.

Bununla yanaşı, etirazçılar əllərində erməni əsirlərin şəkilləri və adlarının yazıldığı plakatlar tuturdular.

Məlumat üçün bildirək ki, vitse-prezident həyat yoldaşı və nümayəndə heyətinin üzvləri ilə birlikdə Ermənistandadır. Nümayəndə heyətinin üzvləri arasında ABŞ dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq də var. Bu axşam Vens Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək və görüşdən sonra isə birgə bəyanatın verilməsi planlaşdırılır. Vensin iki ölkəyə səfərinin məqsədi ABŞ Prezidenti tərəfindən sülhün bərqərar olunmasına yönəlmiş səylərə dəstək vermək və həmçinin “Tramp marşrutu — beynəlxalq sülh və rifah üçün” layihəsini irəli aparmaqdır. Bu layihə Ermənistan ərazisindən keçən və Azərbaycanı onun tərkibində olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən nəqliyyat marşrutunun inkişafını nəzərdə tutur. Layihə ABŞ və Ermənistanın iştirakı ilə infrastrukturun qurulmasına cavabdeh olacaq birgə şirkətin yaradılmasını nəzərdə tutur.