Cey Di Vens – Ukraynada müharibə yaxın gələcəkdə bitməyəcək

10:33, 02.05.2025

ABŞ-ın vitse-prezidenti Cey Di Vens bildirib ki, Ukraynadakı müharibə “yaxın gələcəkdə ” bitməyəcək. Vens bu barədə “Fox News”a müsahibəsində bildirib.

“İndi, hər iki tərəf digər tərəfin sülh şərtlərini bildiyi halda, bu amansız münaqişəyə son qoymaq və razılığa gəlmək onlardan asılıdır. Bu müharibə heç bir yerə getmir. Yaxın gələcəkdə bitməyəcək”, – Vens müsahibəsində qeyd edib.

Bununla yanaşı, ABŞ-ın vitse-prezidentinin bildirdiyi kimi, o hesab edir ki, ABŞ prezidenti Donald Trampdan başqa heç kim sülh sazişinə nail ola bilməz.

Oxşar