Cey Di Vens məhkəmə tərəfindən rüsumların ləğv edilməsini narahtlıq doğuran qanunsuzluq adlandırıb
Ali Məhkəmə qərar verdi ki, Konqres prezidentə “idxalı tənzimləmək” səlahiyyəti vermiş olsa da, əslində belə bir səlahiyyətə malik deyil, – bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens sosial şəbəkədə yazır.
Onun dediyinə görə, bu, məhkəmə tərəfindən narahtlıq doğuran qanunsuzluqdur.
“Ali Məhkəmə qərar verdi ki, Konqres prezidentə “idxalı tənzimləmək” səlahiyyəti vermiş olsa da, əslində belə bir səlahiyyətə malik deyil. Bu, məhkəmə tərəfindən narahtlıq doğuran qanunsuzluqdur. Bunun yeganə nəticəsi prezidentin Amerika sənayesini və təchizat zəncirinin dayanıqlığını qoruması daha çətin olacaq. Prezident Trampın rüsumları tətbiq etmək üçün geniş səlahiyyətləri var və o, onları həm amerikalı işçiləri qorumaq, həm də administrasiyanın ticarət prioritetlərini dəstəkləmək üçün istifadə edəcək”, -Cey Di Vens yazıb.
ABŞ-ın Ali Məhkəməsi Prezident Donald Trampın tətbiq etdiyi fövqəladə rüsumları qanunsuz qanunsuz elan edib. Məhkəmə Donald Trampın birtərəfli qaydada dünya üzrə genişmiqyaslı rüsumlar tətbiq etməklə federal qanunu pozduğunu müəyyən edib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 3 aprel 2025-ci ildə müxtəlif ölkələrə 10%-dən 49%-ə qədər rüsumların tətbiq olunacağını bəyan edib.