Cey Di Vens, Roma Papasının Donald Trampla bağlı son bəyanatına görə "minnətdar" olduğunu bildirir
ABŞ-ın vitse-prezidenti Cey Di Vens Roms Papası XIV Leonun Donald Trampla bağlı son bəyanatına görə “minnətdar” olduğunu bildirir.
Onun sözlərinə görə, katolik dünyasının lideri ilə ABŞ Prezidenti arasında münasibətlərin gərginləşməsinə media da töhfə verir.
“Roma Papası Leonun bunu deməsinə görə minnətdaram. Baxmayaraq ki, media narrativi daim münaqişə yaradır – və bəli, real fikir ayrılıqları da olub və olacaq – reallıq çox vaxt daha mürəkkəbdir. Papa Leo İncil’i olduğu kimi təbliğ edir və bu, qaçılmaz olaraq onun bugünkü mənəvi məsələlər barədə öz fikirlərini də irəli sürməsi deməkdir. Prezident və bütün administrasiya bu mənəvi prinsipləri qarışıq bir dünyada tətbiq etmək üzərində çalışır. O, dualarımızda olacaq və ümid edirəm ki, biz də onun dualarında olacağıq”,- Cey Di Vens bildirib.
Məlumat üçün bildirək ki, 18 apreldə Roma Papası XIV Leo ABŞ prezidenti ilə müzakirə etməkdə maraqlı olmadığını bildirib. Onun sözlərinə görə, dedikləri sanki prezidentlə debat etməyə çalışırmış kimi qəbul edilib, bu isə onun heç bir maraqlarına uyğun deyil.
Bundan əvvəl Roma Papası Donald Trampı İran müharibəsinə son qoymaq üçün bir yol tapmağa çağırmışdı. Donald Tramp da öz növbəsində Roma Papası haqqında bir sıra şərh verdi. Onun sözlərinə görə, “Roma Papası cinayətkarlığa qarşı zəifdir, xarici siyasətdə dəhşətlidir və mən ABŞ prezidentini tənqid edən bir Papa istəmirəm”. Buna cavab olaraq, XIV Leo bildirdi ki, onun çağırışları İncilə əsaslanır və ABŞ prezident administrasiyasından qorxmur.