Cey Di Vens Budapeştdə, Viktor Orbanın seçkiqabağı nümayişində iştirak edəcək
Cey Di Vens Budapeştdə, Viktor Orbanın seçkiqabağı nümayişində iştirak edəcək

ABŞ-ın vitse-prezidenti Cey Di Vens Budapeştdə, Macarıstanın baş naziri Viktor Orbanın seçkiqabağı nümayişində iştirak edəcək. Bu barədə məlumatı Macarıstan mediası yayır.

Macarıstan mediasının məlumatına görə, Budapeştdə Cey Di Vens və Viktor Orban birgə mətbuat konfransı keçirəcəklər, bundan sonra isə “Macar-Amerika Dostluğu Günü” adı altında nümayiş keçiriləcək.

Vitse-prezident Cey Di Vens Macarıstana 7-8 aprel tarixlərində səfər edəcək.

Məlumat üçün bildirək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp macarlıları 12 aprel seçkilərində Viktor Orban və onun partiyasına səs verməyə çağırıb.