Cey Di Vens bildirir ki, Vaşinqton müəyyən sahələrdə Rusiya ilə əməkdaşlığı istisna etmir və bu, ABŞ-ın Ukraynadakı müharibə ilə bağlı mövqeyinə zidd deyil
Cey Di Vens bildirir ki, Vaşinqton müəyyən sahələrdə Rusiya ilə əməkdaşlığı istisna etmir və bu, ABŞ-ın Ukraynadakı müharibə ilə bağlı mövqeyinə zidd deyil

ABŞ vitse-prezidenti Cey Di Vens bildirir ki, Vaşinqton müəyyən sahələrdə Rusiya ilə əməkdaşlığı istisna etmir.

Cey Di Vens jurnalist Meqin Kelli ilə müsahibəsində bildirib ki, oxşar əməkdaşlıq ABŞ-ın Ukraynadakı müharibə ilə bağlı mövqeyinə zidd deyil.

“İnsanlar deyirlər ki, Putinlə heç bir məsələdə işləyə bilməzsiniz, çünki onun Ukraynaya müdaxiləsi ilə razı deyilsiniz. Prezident çox açıq şəkildə deyib ki, Putin Ukraynaya müdaxilə etməməli idi. Biz bunun üzərində işləməyə və onu həyata keçirməyə çalışacağıq, amma Rusiya ilə ABŞ arasında bəzi əməkdaşlıq sahələri ola bilər”, – Vens müsahibəsində qeyd edib.

ABŞ-ın vitse-prezidenti həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar Rusiya ilə bəzi məsələlərdə razılaşmaya bilər, lakin bu, qarşılıqlı əməkdaşlığı istisna etmir.

“Bu, Trampın mövqeyidir, biz aliyanslardan danışırıq. Maraqlarımızın 90%-də razılığa gəldiyi, lakin məsələlərin 10%-də razılığa gələ bilmədiyimiz bir ölkəyə sahib ola bilərik. Bu arada, Rusiya ilə bir çox məsələdə razılaşmaya bilərik, amma bəzi məsələlərdə razılığa gələ bilərik. Mən düşünürəm ki, bu əsaslı istiqamət dəyişiklikdir”, – Vens bildirib.

Bazar ertəsi, fevralın 2-də məlum olub ki, Rusiya ABŞ-a münasibətlərin tam “normallaşdırılması” qarşısındakı “ciddi maneələri” aradan qaldırmaq üçün təkliflər təqdim edib.

Məlumat üçün bildirək ki, “Associated Press” məlumat yayıb ki, ABŞ və Rusiya 2021-ci ildə dayandırılmış yüksək səviyyəli hərbi dialoqu bərpa etmək barədə razılığa gəliblər. Bununla yanaşı, “Axios”un məlumatına görə, ABŞ və Rusiya “Strateji Silahların Azaldılması Müqaviləsi”nin yenilənməsi variantlarını müzakirəsinə başlamaq barədə razılığa gəliblər.