Cənubi Koreya iki ölkə arasında mübahisəli sərhədi keçən Şimali Koreya ticarət gəmisinə xəbərdarlıq atəşi açdığını bildirir
Cənubi Koreya iki ölkə arasında mübahisəli sərhədi keçən Şimali Koreya ticarət gəmisinə xəbərdarlıq atəşi açdığını bildirir

Cənubi Koreya iki ölkə arasında mübahisəli sərhədi keçən Şimali Koreya ticarət gəmisinə atəş açdığını bildirir. Bu barədə məlumatı “Associated Press” yayır.

Mətbuatın yazdığına görə, gəmi Şimalın sərhəd xəttini təxminən səhər saat 5-də Cənubi Koreyanın sərhəd adası Benqnyeonq yaxınlığında keçib, lakin Cənubi Koreya hərbi qüvvələri audio xəbərdarlıq yayıb və xəbərdarlıq atəşi açdıqdan sonra gəmi geri çəkilib.

Şimali Koreya qüvvələrinin cavab atəşi açıb-açmadığı hələlik məlum deyil.

Nəşrin məlumatına görə, Cənubi Koreyanın hərbi qüvvələri Şimali Koreyanın patrul və ya ticarət gəmilərinin onların ərazi sularına daxil olmasının qarşısını almaq üçün tez-tez xəbərdaredici atəş açırdılar.

Şimali və Cənubi Koreya arasındakı mübahisəli sərhəd tez-tez qarşıdurma mövzusuna çevrilir. 2010-cu ildə Şimal tərəfindən Cənubi Koreya adasının və Cənubi Koreya dəniz gəmisinin bombalanması zamanı ümumilikdə 50 Cənubi Koreyalı həlak olub.