Cənubi Karolina ştatında sərnişin qatarının yük qatarı ilə toqquşması relsə düzgün keçməmək səbəbindən baş verib
Cənubi Karolina ştatında sərnişin qatarının yük qatarı ilə toqquşması relsə düzgün keçməmək səbəbindən baş verib

ABŞ-da sərnişin qatarının yük qatarı ilə toqquşması nəticəsində xəsarət alanların sayı 116 nəfərə çatıb.

Bu barədə “NBC” telekanalı Cənubi Karolina ştatının qubernatoru Henri Makmasterə istinadən məlumat yayıb.

O, bildirib ki, qəzadan sonra 116 nəfər yerli xəstəxanaya yerləşdirilib. Onlardan bəzilərinin xəsarəti yüngül, bəzilərinin xəsarəti ağırdır.

Makmasterin sözlərinə görə, hadisə zamanı “Amtrak” şirkətinin 2 əməkdaşı ölüb.

Qeyd edək ki, hadisə ölkənin cənub-şərqində, Cənubi Karolina ştatında baş verib. Nyu-Yorkdan Mayamiyə doğru hərəkət edən “Amtrak” şirkətinə məxsus sərnişin qatarı bu gün səhər Cənubi Karolinada yük qatarı ilə toqquşub. Hadisə zamanı sərnişin qatarında 139 sərnişin və 8 heyət üzvü olub.