Cenevrə diskussiyalarının həmsədrləri işğal rejimi tərəfindən bağlanan bütün keçid məntəqələrinin dərhal açılmasını tələb edirlər
Cenevrə Beynəlxalq Danışıqları həmsədrləri, Gürcüstanda, işğal edilmiş Sxinvali regionunun inzibati xəttinin ətrafında yaranan vəziyyətlə bağlı bəyanat yayırlar və Cənubi Osetiyanın qondarma rəhbərliyinə müraciət edirlər ki, bağlanan bütün keçid məntəqələri geri açılsın.
“Son aylar göstərir ki, işğal edilmiş ərazidə təhlükəsizliklə bağlı vəziyyət daha da pisləşir və bu da əhali içində qorxuya səbəb olur. Həmsədrlər və təşkilatçılar fəal şəkildə Çorçona-Tsnelisi rayonunda təhlükəsizliklə bağlı mövcud olan vəziyyətin tənzimlənməsi prosesinə fəal şəkildə qoşulublar.
Eyni zamanda, müvafiq tərəfələrə müraciət edirik ki, sentyabrın əvvəlindən bağlanan bütün keçid məntəqələri açılsın. Təhlükəsizliyin qorunması üçün, hər iki tərəfin narahatçılığına baxmayaraq, bu məsələnin həlli istiqamətinə doğru atılan addımlar proporsiyonal olmalıdır və humanitar aspektləri nəzərə almalıdır. Keçid məntəqələrinin bağlanması isə, onsuz da ağır vəziyyəti daha da çətinləşdirir və bunu son günlərdə yaranan tibbi yardım problemləri də təsdiqləyir” – deyilir Cenevrə beynəlxalq Diskussiyaların həmsədrlərinin bəyanatında.