İşğal olunmuş Sxinvalidə qondarma Daxili İşlər nazirinin avtomobilinə atəş açdılar
İşğal olunmuş Sxinvalidə qondarma Daxili İşlər nazirinin avtomobilinə atəş açdılar

İşğal olunmuş Sxinvalidə qondarma Daxili İşlər naziri, İqor Naniyevin avtomobilinə atəş açdılar. Rus mediasının yazdığına görə, İqor Naniyev xəsarət almayıb.

Rus mediası ilə söhbəti zamanı, işğal olunmuş Sxinvalinin qondarma Daxili İşlər naziri müavini, Tarzan Kokoitinin bəyan etdiyinə görə, avtomobil istiqamətinə üç dəfə atəş açdılar, bir güllə maşının qapısına dəydi.