İşğal rejimi tərəfindən yaxalanan Xviça Mğebrişvilinin qondarma məhkəmə prosesi sabah davam edəcək
İşğal rejimi tərəfindən yaxalanan Xviça Mğebrişvilinin qondarma məhkəmə prosesi sabah davam edəcək

İşğal olunmuş Sxinvalidə Gürcüstan vətəndaşı, Xviça Mğebrişvilinin qondarma məhkəmə prosesi bu gün başa çatdı və sabah saat birdən sonra bərpa olunacaq, – bu barədə qaynar xəttə daxil olan məlumata istinadən DTX mətbuat xidməti məlumat yayır.

Onların bəyan etdiyin görə, Avropa İttifaqının Müşahidəçilər Missiyasının qaynar xətti işə salınmışdı və gürcü tərəfi onlardan məlumatı vaxtında alırdı.

Xatırladaq ki, işğalçı qüvvələrin nümayəndələri Mecvrisxevi sakini, Xviça Mğebrişvilini iyulun 3-də yaxaladılar. O, qondarma sərhədi qanunsuz keçməkdə ittiham olunur.

Qondarma Cənubi Osetiya de-fakto rejiminin Təhlükəsizlik Komitəsi Mğebrişvilinin “video-etirafını” da yaydı, etirafa əsasən o, işğal olunmuş əraziyə yarasa tutmaq üçün keçibmiş və bunun üçün ona 5 mindən 10 min dollaradək pul vəd edirdilər. Ailəsi, Xviça Mğebrişvilinin dönmədən azad olunmasını tələb edir.