Çexiyanın yeni seçilmiş baş naziri bildirir ki, Çexiya Ukraynanın borcunu ödəmək öhdəliyi götürmür
Andrej Babis arrives at the Prague Castle tone appointed as prime minister in Prague, Czech Republic, Wednesday, June 6, 2018. The Czech Republic's president Milos Zeman has again sworn in billionaire Andrej Babis as the prime minister in a move that could see the Communist Party taking a share of power for the first time since the 1989 anti-Communist Velvet Revolution. (AP Photo/Petr David Josek)
Çexiyanın yeni baş naziri Andrey Babiş bildirir ki, Çexiya Ukraynanın borcunu ödəmək öhdəliyi götürmür.
“Biz heç nəyə görə öhdəlik götürmürük və heç bir pul yatırmayacağıq”, – Babiş sosial şəbəkədə dərc edilən videoda bildirib.
Onun dediyinə görə, Brüsselə işgüzar səfəri zamanı o və Belçikanın baş naziri razılaşıb ki, “Avropa Komissiyası Ukraynanı maliyyələşdirməyin başqa yollarını tapmalıdır”.
“Bizim xəzinəmiz boşdur və bütün çex kronları bizim vətəndaşlarımıza lazımdır”, – Çexiyanın Baş naziri qeyd edib.
Bununla yanaşı, Andrey Babiş izah edib ki, dekabrın 15-də Çexiyada yeni hökumət təyin olunacaq və bundan sonra o, tam səlahiyyətli baş nazir olacaq.