Çexiya Xarici İşlər Nazirliyi - biz Gürcüstanın vətəndaş cəmiyyətinin yanındayıq, hakimiyyəti istintaqları dayandırmağa və dondurulmuş maliyyə resurslarını azad etməyə çağırırıq
Çexiyanın Xarici İşlər Nazirliyi yeddi gürcü qeyri-hökumət təşkilatının hesablarının dondurulmasına münasibət bildirib.
Çexiyanın Xarici İşlər Nazirliyinin qeyd etdiyinə görə, onlar Gürcüstanın vətəndaş cəmiyyətinin yanındadırlar.
“Qeyri-hökumət təşkilatları hər bir ölkə üçün əvəzolunmaz rol oynayır, bunu Çexiya öz təcrübəsindən yaxşı bilir. Biz Gürcüstanın vətəndaş cəmiyyətinin yanındayıq, hakimiyyəti istintaqları dayandırmağa və dondurulmuş maliyyə resurslarını azad etməyə çağırırıq”, – deyə Çexiyanın Xarici İşlər Nazirliyi sosial şəbəkədə yazır.
Məlumat üçün bildirək ki, prokurorluqda davam edən istintaq çərçivəsində bir neçə qeyri-hökumət təşkilatının bank hesabları dondurulub. Prokurorluğun məlumatına görə, Söhbət sabotaj, ağırlaşdırıcı şəraitdə sabotaj cəhdi, xarici təşkilat və xarici nəzarət altında olan təşkilata düşmənçilik fəaliyyəti göstərməkdə yardım, həmçinin Gürcüstanın konstitusiya quruluşuna və milli təhlükəsizliyin əsaslarına qarşı yönəlmiş fəaliyyət üçün vəsaitlərin toplanması ilə bağlı istintaqdan gedir. Prokurorluğun məlumatına görə, istintaqla müəyyən edilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı zorakı hərəkətləri həyata keçirən aksiyanın iştirakçılarının xüsusi vasitələrlə təminatı koordinasiyalı şəkildə, o cümlədən qeyri-hökumət təşkilatlarının vəsaitləri hesabına həyata keçirilirdi.